Nazirlik bu il 1100 nəfəri istirahətə göndərəcək

Nazirlik bu il 1100 nəfəri istirahətə göndərəcək Əlilliyi olan 80 nəfər istirahətə göndərilib
Sosial müdafiə
30 May , 2017 11:52
Nazirlik bu il 1100 nəfəri istirahətə göndərəcək

Bakı. 30 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına istirahətə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə qeyd olunub ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 1000 nəfərdən çox əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb. 

Əlilliyi olan şəxslərin istirahətinin təşkili proqramı bu il daha çox, yəni 1100 nəfərdən çox vətəndaşı əhatə edəcək. Onlardan artıq 280 nəfəri xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb və mövsüm boyu bu işlər davam etdiriləcək.

“2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası, onların reabilitasiya potensiallarının reallaşdırılması, sosial xidmətlərlə təminatı, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. əksini tapıb. Qeyd olunan istiqamətlərdə də müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi