Biləsuvarda DSMF müdirinin tutulması xəbəri barədə rəsmi açıqlama

Biləsuvarda DSMF müdirinin tutulması xəbəri barədə rəsmi açıqlama "Son günlər mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir".
Sosial müdafiə
4585
4 Sentyabr , 2020 11:44
Biləsuvarda DSMF müdirinin tutulması xəbəri barədə rəsmi açıqlama

"Son günlər mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. 

"Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov Xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir. Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur",- nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi