Nazirlik: Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövründə hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur

Nazirlik: Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövründə hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur "Bir sıra KİV-lərdə yanlış informasiya əksini tapıb"
Sosial müdafiə
31 Mart , 2016 15:30
Nazirlik: Azərbaycanda əmək qabiliyyəti üçün minimum yaş dövründə hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur

Bakı. 31 mart. REPORT.AZ/ "Bir sıra KİV-lərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi ilə bağlı yayımlanan məlumatlarda guya ölkəmizdə əmək qabiliyyəti üçün minimum yaş dövrünün 15 yaş müəyyən edilməsinin təklif olunması barədə yanlış informasiya əksini tapıb".

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, həmin müzakirələr zamanı bildirilib ki, “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndinə “Qeyd” hissəsi əlavə edilir. Sözügedən hissədə deyilir ki, məcburi dövlət sosial sığorta haqqı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının torpaqların müxtəlif keyfiyyət qrupları üzrə müvafiq faizi miqdarında ödənilir. Bura əlavə olunan “Qeyd” hissəsində isə bildirilir ki, bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür. Bu dəyişiklik “Sosial sığorta haqqında” qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb. Yəni burada hər hansı dəyişiklikdən söhbət getmir. “Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli Konvensiyasına uyğun olaraq, hələ 1999-cu ildən əmək qabiliyyəti üçün minimum yaş dövrü 15 yaş səviyyəsində təsbit edilib. Belə ki, həmin il qəbul edilmiş Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər” - deyən şöbə müdiri vurğulayıb ki, ölkənin əmək qanunvericiliyinə əsasən, 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. 

Son xəbərlər

Orphus sistemi