Yuxarı
    Bağlamaq

    Nazirlik: Azərbaycanda 1 milyon 319 min nəfər əmək pensiyaçısı var

    Elman Babayev: Əmək pensiyaçılarının 59,3 faizi yaşa görə, 11,4 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə pensiya alanlardır

    Bakı. 7 aprel. REPORT.AZ/ "2017-ci ilin aprel ayının 1-ə olan statistikaya görə, Azərbaycanda 1 319 000 nəfər əmək pensiyaçısı var".

    “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

    Onun sözlərinə görə, əmək pensiyaçılarının 59,3 faizi yaşa görə, 11,4 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə pensiya alanlardır: "Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib. Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq edilib". 

    Şöbə müdiri bildirib ki, ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq aprelin 1-ə 202,38 manata çatıb: "Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9 faiz təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi