Nazirlik 6 rayonda əmək yarmarkaları keçirəcək - SİYAHI

Nazirlik 6 rayonda əmək yarmarkaları keçirəcək - SİYAHI Müəssisə və təşkilatlarda boş iş yerləri işsiz və işaxtaran şəxslərə təklif ediləcək
Sosial müdafiə
5 Avqust , 2015 11:37
Nazirlik 6 rayonda əmək yarmarkaları keçirəcək - SİYAHI

Bakı. 5 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti avqust ayında 6 rayonda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları keçirəcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata əsasən, avqustun 20-də Oğuz, avqustun 21-də Hacıqabul, avqustun 28-də Kürdəmir, Cəlilabad, Şabran rayonlarında və Şirvan şəhərində əmək yarmarkalarının keçirilməsi üçün hazırlıq işləri aparılır. Həmim şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarda boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif ediləcək. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması da nəzərdə tutulub.

Bununla yanaşı, tədbirlər zamanı peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydə alınacaq. Yarmarkaların keçirilmə vaxtı dəyişdirildiyi halda bu barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi