Nazirlik 300 nəfərədək şəxsi kvota üzrə iş yerləri ilə təmin edib

Nazirlik 300 nəfərədək şəxsi kvota üzrə iş yerləri ilə təmin edib Həmin insanlardan 75 nəfəri əlilliyi olan şəxslər, 74 nəfəri isə qaçqın və məcburi köçkünlərdir
Sosial müdafiə
29 Aprel , 2016 11:18
Nazirlik 300 nəfərədək şəxsi kvota üzrə iş yerləri ilə təmin edib

Bakı. 29 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-mart aylarında bu kateqoriyadan olan 300 nəfərədək vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin insanlardan 75 nəfəri əlilliyi olan şəxslər, 74 nəfəri qaçqın və məcburi köçkünlər, 62 nəfəri 20 yaşadək gənclər, 39 nəfəri isə yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdir. Digərləri müharibə veteranları, şəhid ailəsi üzvləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış vətəndaşlardır.

Qeyd olunan şəxslər “Məşğulluq haqqında” qanuna əsasən, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar hesab edilirlər. 

Son xəbərlər

Orphus sistemi