​Nazirlik 242 əlilə səyyar protez-ortopedik bərpa xidməti həyata keçirəcək

​Nazirlik 242 əlilə səyyar protez-ortopedik bərpa xidməti həyata keçirəcək Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb.
Sosial müdafiə
3 Sentyabr , 2014 12:43
​Nazirlik 242 əlilə səyyar protez-ortopedik bərpa xidməti həyata keçirəcək
Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada cari il sentyabrın 11-də Xızı, Siyəzən, Şabran və Xaçmaz, sentyabrın 12-də isə Quba və Qusar rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək.

Bu barədə “Report”a ƏƏSMN-dən məlumat daxil olub. Məlumata görə həmin rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidməti göstəriləcək 242 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb.

Qurum həmin şəxslər lazım gəldikdə müxtəlif reabilitasiya vasitələri ilə də təmin ediləcəyini və bununla da ölkənin şimal rayonlarında yaşayan belə şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilmək üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayacağını açıqlayəıb.

Xatırladaq ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin üzrə müvafiq Əmrə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar bu vaxta qədər 20-ədək rayon üzrə 350 nəfərdən çox əlil şəxsi və sağlamlıq imkanları məhdud uşağı səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

Son xəbərlər

Orphus sistemi