Nazirlik 103 min manatın işçilərə ödənilməsini təmin edib

Nazirlik 103 min manatın işçilərə ödənilməsini təmin edib Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır
Sosial müdafiə
16 Aprel , 2015 14:44
Nazirlik 103 min manatın işçilərə ödənilməsini təmin edib

Bakı. 16 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır. Həmin məbləğin 75841 manatı (73,2%) əmək haqlarından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22200 manatı (21,4%) isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

Qeyd olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi