Bakı. 2 oktyabr. REPORT.AZ/
Tədbirdə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, indiyədək Azərbaycanda dövlət büdcəsi hesabına 5 550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub: "Onların 31,2 faizinə, yəni 1733 nəfərinə məhz keçən il və bu ilin ötən dövründə minik avtomobili təqdim edilib. Bununla da son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verilib və ilin sonunadək bu proses davam etdiriləcək".
Qeyd edək ki, minik avtomobili ilə təmin olunanların 54 nəfərini Qarabağ müharibəsi və 9 nəfərini Böyük Vətən müharibəsi əlilləri, 15 nəfərini Çernobıl AES və 1 nəfərini 20 Yanvar əlilləri, digərlərini isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar təşkil edib.




