Nazirlik 1,5 milyon manatdan artıq gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib

Nazirlik 1,5 milyon manatdan artıq gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib Qeyri-qanuni şəkildə işdən azad edilən 16 nəfər yenidən öz əvvəlki işinə bərpa olunub
Sosial müdafiə
9 Oktyabr , 2015 20:28
Nazirlik 1,5 milyon manatdan artıq gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1,5 milyon manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənməsini təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi istiqamətində tədbirləri gücləndirib. Belə ki, qeyd olunan ödənişlərin gecikdirilməsi halları ilə üzləşdikdə işçilərin məhz Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməli olduqları barədə əmək kollektivlərində ardıcıl maarifləndirmə tədbirləri aparılıb və bu da vətəndaşların belə məsələlərlə bağlı məhz Xidmətə müraciət etmələrinə, bu quruma inamlarının artmasına şərait yaradıb.

Bui ilin sentyabr ayında həyata keçirilən nəzarət tədbirləri və vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində Xidmət ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox, yəni 863001 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsait əsasən gecikdirilən əmək haqlarından ibarət olub. Bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının daha çox sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib və belə hallara yol verən işəgötürənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tədbirlər görülüb.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,6 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 1407267 manatı (93,6 faiz) əmək haqlarından, 82947 manatı (5,5 faiz) işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub.

Hesabat dövründə işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 16 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

Son xəbərlər

Orphus sistemi