Nazirlər Kabineti "İşçilərə pulsuz yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nı təsdiqləyib

Nazirlər Kabineti "İşçilərə pulsuz yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nı təsdiqləyib Səhiyyə Nazirliyinə "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılıb
Sosial müdafiə
19 Dekabr , 2017 00:20
Nazirlər Kabineti İşçilərə pulsuz yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydalarını təsdiqləyib

Bakı. 19 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı" təsdiqlənib.

Səhiyyə Nazirliyinə bir ay müddətində "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi