​Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları”nı təsdiq edib

​Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları”nı təsdiq edib Qərarı Azərbaycanın baş naziri Artur Rasi-zadə imzalayıb
Sosial müdafiə
9 İyun , 2015 20:19
​Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları”nı təsdiq edib

Bakı. 9 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları”nı təsdiq edib. "Report"un məlumatına görə, qərarı Azərbaycanın baş naziri Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən Vergilər Nazirliyinə yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektləri, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etməlidir.

Dövlət Statistika Komitəsinə isə kiçik, orta və iri sahibkarların bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi