Nazir: "Sosial müavinətlər 120-130 faiz artır"

Nazir: "Sosial müavinətlər 120-130 faiz artır" Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda 9 000 vətəndaşın ailəsində 5-dən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.
Sosial müdafiə
25 Fevral , 2019 18:29
Nazir: Sosial müavinətlər 120-130 faiz artır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev / Report/ Elchin Murad

Bakı. 25 fevral. REPORT.AZ/ "Azərbaycanda 9 000 vətəndaşın ailəsində 5-dən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, müvafiq sərəncamla bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək.

S.Babayev bildirib ki, əksər müavinətlər 100 faiz qaldırılıb: "Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son üç qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır. Bununla da sosial müavinətlər 120-130 faiz artmış olacaq". 

Son xəbərlər

Orphus sistemi