Yuxarı

​Nazir Səlim Müslümov bu il 777 vətəndaşı şəxsən qəbul edib

Qəbul edilən vətəndaşların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox olub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki"nə uyğun olaraq 9 rayon və şəhərdə (Lənkəran, Sumqayıt, Şirvan, Ağdam, Salyan, Şəki, Quba, Gədəbəy, Gəncə) vətəndaş qəbulu keçirilib. Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Qəbullar zamanı 44 rayon üzrə 617 nəfər (ötən ilin müvafiq dövrünə nisbətən 43 faiz çox) fərdi qaydada qəbul edilib.

Ümumiyyətlə, hesabat dövründə ƏƏSMN-nin rəhbərliyi və məsul şəxsləri tərəfindən qəbul edilən vətəndaşların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox, yəni 10 555 nəfər olub. Onlardan 948 nəfəri nazirliyin rəhbərliyi, o cümlədən 777 nəfəri nazir, 123 nəfəri nazir müavinləri, 48 nəfəri isə Aparatın rəhbəri tərəfindən qəbul edilib. Digər vətəndaşlar isə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq sosial təminat növləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib, həmçinin sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi