Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər naziri Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək istəyən şəxsləri qəbul edəcək. Qəbulda, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli vətandaşlar iştirak edə bilərlər.
Noyabrın 29-da saat 12.00-da keçiriləcək qəbul Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri üçün nəzərdə tutulub.