Nazir: "Özbəkistan Bakının “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazırdır"

Nazir: "Özbəkistan Bakının “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazırdır" Bakı. 22 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.
Sosial müdafiə
22 May , 2018 12:40
Nazir: Özbəkistan Bakının “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazırdır
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Azərbaycanla Özbəkistan arasında tarixi qardaşlıq münasibətləri üzərində əlaqələrin daim inkişaf etdiyini vurğulayan S.Babayev milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə aparılan siyasətin, eyni zamanda, əmək resurslarının səmərəli məşğulluğunun təminatı prinsipinə əsaslandığını qeyd edib. 

Nazir bu istiqamətdə əldə olunan nailiyyətlər, işçi qüvvəsinin daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq rəqabət qabiliyyətinin artırılması, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması yönündə ölkədə aparılan işlər barədə məlumat verib. 

O, məşğulluq xidmətlərinin təkmilləşdirilməsinin və əmək bazarında rolunun artırılmasının da əsas hədəflərdən olduğunu qeyd edib. S.Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Görüş zamanı S.Babayev Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Özbəkistan tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Ş.Kudbiyev Özbəkistanda əmək bazarında mövcud vəziyyətdən, ölkəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə həyata keçirilən aktiv tədbirlərdən, aparılan məşğulluq siyasətinin əsas istiqamətlərindən bəhs edib. O, həmçinin ölkəsinin Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadilələrinin daha geniş müstəvidə qurulması üçün yaxşı imkanların mövcud olduğu, bu imkanların reallaşdırılması üçün tərəflərin müvafiq səylər göstərəcəkləri vurğulanıb. Həmçinin, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədin də hazırlanmasına dair yekdil fikir ifadə olunub.

Son xəbərlər

Orphus sistemi