Nazir: “Ölkədə özəl pensiya fondlarının yaradılması üçün özəl sektordan təkliflər gözləyirik”

Nazir: “Ölkədə özəl pensiya fondlarının yaradılması üçün özəl sektordan təkliflər gözləyirik” Bakı. 11 iyul. REPORT.AZ/ “Azərbaycanda özəl pensiya fondları üçün qadağa və məhdudiyyət yoxdur. Düşünürük ki, özəl pensiya sistemi inkişaf etməlidir”.
Sosial müdafiə
11 İyul , 2018 12:05
Nazir: “Ölkədə özəl pensiya fondlarının yaradılması üçün özəl sektordan təkliflər gözləyirik”

Bakı. 11 iyul. REPORT.AZ/ “Azərbaycanda özəl pensiya fondları üçün qadağa və məhdudiyyət yoxdur. Düşünürük ki, özəl pensiya sistemi inkişaf etməlidir”.

“Report”un xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoahim Bröyerlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, özəl pensiya fondunun yaradılması Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq: “Bu gün Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir. Ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik olaraq özəl sektordan təkliflər gözləyirik”.

Son xəbərlər

Orphus sistemi