Nazir müşaviri: "Son 1 ildə 45 minə yaxın əhaliyə ünvanlı sosial yardım verilib"

Nazir müşaviri: "Son 1 ildə 45 minə yaxın əhaliyə ünvanlı sosial yardım verilib" “Azərbaycanda sosial siyasətə ayrılan diqqət artırılıb. Bu istiqamətdə Azərbaycanda aprelin 1-dən bəzi təqaüdlərin məbləği ikiqat artırılıb. Son 1 ildə 45 minə yaxın əhaliyə ünvanlı sosial yardım verilib. Həmin ailələrin 95 faizinin övladları 18 yaşına qədər olanlardır”.
Sosial müdafiə
19 Aprel , 2019 12:31
Nazir müşaviri: Son 1 ildə 45 minə yaxın əhaliyə ünvanlı sosial yardım verilib
ASA sədri Mustafa Abbasbəyli / Report/ Firi Salim
0 : 00
0 : 00

“Azərbaycanda sosial siyasətə ayrılan diqqət artırılıb. Bu istiqamətdə Azərbaycanda aprelin 1-dən bəzi təqaüdlərin məbləği ikiqat artırılıb. Son 1 ildə 45 minə yaxın əhaliyə ünvanlı sosial yardım verilib. Həmin ailələrin 95 faizinin övladları 18 yaşına qədər olanlardır”.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli UNİCEF ilə İqtisadiyyat Nazirliyinin birgə təşkil etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib. 

O bildirib ki, bu gün uşaqlara dəstək göstərilməsinə zəruri ehtiyacın yarandığı bir dövrdür: “Azərbaycanda 1,7 milyon uşaqlar 18 yaşına çatanlardır. Biz uşaqlarla bağlı siyasətimizi ən əsası keyfiyyətli nəslin yetişdirilməsinə yönləndirməliyik”.

Nazir müşaviri həmçinin vurğulayıb ki, Azərbaycanda ilk DOST xidməti may ayında açılacaq: "ƏƏSMN-nin nəzdində olan 5 qurumun 124 xidmətinin DOST xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi