Yuxarı

Nazir milli qəhrəman ailəsinə güzəştlə kombayn verib

Digər fermerlərə isə bu kombaynlar ilkin ödəniş 40 faiz olmaqla verilir

Füzuli. 11 mart. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Ağcabədi rayonunda vətəndaşlarla görüşündə Füzuli rayonu, Qayıdış qəsəbə sakini, milli qəhrəman anası Xurşud Babayevaya növbədənkənar güzəştlə ən müasir kombayn verib.

"Report"un məlumatına görə, ilkin ödəniş 10 faiz olmaqla verilən kombaynın qiyməti 90-100 min manat arasında dəyişir.

Digər fermerlərə isə bu kombaynlar ilkin ödəniş 40 faiz olmaqla verilir.

Qeyd edək ki, X.Babayeva Qarabağ döyüşlərində şəhid olan Azərbaycanın milli qəhrəmanı Seymur Məmmədovun anasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi