​Nazir Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul edəcək

​Nazir Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul edəcək Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq
Sosial müdafiə
27 Oktyabr , 2014 17:04
​Nazir Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

FHN-dən “Report”a verilən məlumata görə, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) oktyabrın 29-da saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi