Nazir işsizliklə bağlı rəqəmlərin ziddiyyətli olmasının səbəblərini açıqlayıb

Nazir işsizliklə bağlı rəqəmlərin ziddiyyətli olmasının səbəblərini açıqlayıb “Pandemiya səbəbindən 190 manatlıq birdəfəlik ödənişlərin verilməsi zamanı xüsusilə də 90-cı illərə aid bir çox baza məlumatlarında problemlər olduğu ortaya çıxdı. Bura şəxsiyyət vəsiqələrinin yeniləri ilə əvəzlənməməsi, pay mülkiyyəti ilə həyətyanı sahəl
Sosial müdafiə
253
10 Noyabr , 2021 16:02
Nazir işsizliklə bağlı rəqəmlərin ziddiyyətli olmasının səbəblərini açıqlayıb
Sahil Babayev

“Pandemiya səbəbindən 190 manatlıq birdəfəlik ödənişlərin verilməsi zamanı xüsusilə də 90-cı illərə aid bir çox baza məlumatlarında problemlər olduğu ortaya çıxdı. Bura şəxsiyyət vəsiqələrinin yeniləri ilə əvəzlənməməsi, pay mülkiyyəti ilə həyətyanı sahələrin qarışdırılması, adına nəqliyyat vasitəsi olanların səhv məlumatı, işsiz kimi qeydiyyata düşmək və ya düşməmək, eləcə də digər məsələlər aid idi”.

“Report” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu problemin həlli üzərində ciddi işlər aparılır: “Böyük ölçüdə data təmizlənir və proses davam edəcək. Təbii ki, bunun üçün zaman lazımdır. Lakin bir neçə məsələ var ki, hər zaman aktual olacaq. Misal olaraq, Dövlət Statistika Komitəsinin işsizlik rəqəmi ilə bizim təqdim etdiyimiz rəqəmlərdə fərq olacaq. Çünki ayrı-ayrı məqsədlər üçün istifadə olunur, metodoloji fərq var. Bizim üçün işsiz şəxs nazirliyin müvafiq bazasında işsiz kimi qeydiyyatdan keçən şəxsdir. Dövlət Statistika Komitəsi isə bu məsələyə beynəlxalq yanaşma əsasında yanaşır. Çünki bu yanaşmaya əsasən qeyri-formal işləyənlər işsiz şəxs hesab olunmurlar. Odur ki, müəyyən fərq hər zaman olacaq”.

Son xəbərlər

Orphus sistemi