Yuxarı
    Bağlamaq

    Nazir: “İstənilən işsiz şəxs Dövlət Məşğulluq Xidmətinin mərkəzləri vasitəsilə bu problemi həll edə bilər”

    “Burada hər hansı bir baryer yoxdur”

    Bakı. 16 iyun. REPORT.AZ/ "İstənilən işsiz şəxs Dövlət Məşğulluq Xidmətinin mərkəzləri vasitəsilə bu problemi həll edə bilər. Burada hər hansı bir baryer yoxdur". 

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

    O bildirib ki, Dövlət Məşğulluq Xidmətinin bütün şəhərlərdə, bölgələrdə mərkəzləri var: "İstənilən işsiz şəxs həmin mərkəzlərə müraciət edərək belə tədris mərkəzlərində əlavə peşə ixtisası almaq üçün imkanlar əldə edə bilərlər. Vətəndaşlar orada oxuduqları müddətdə həm təqaüdlə təmin olunur, həm gediş-gəlişi üçün nəqliyyat xərci ödənilir. Sonra həmin şəxslərə əmək bazarında müvafiq işlə təmin olunması üçün köməklik də göstərilir".

    Nazir qeyd edib ki, hazırda peşə tədris mərkəzlərinin coğrafiyası genişləndirilib: "Bu günlərdə Gəncə şəhərində yeni mərkəzin açılışı gözlənilir. Daha beş regionda belə mərkəzlərin yaradılması nəzərdə tutulub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi