Nazir: "İlin sonuna qədər bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək"

Nazir: "İlin sonuna qədər bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək" Hazırda pensiyaların verilməsi prosesi davam edir
Sosial müdafiə
20 Dekabr , 2017 12:29
Nazir: İlin sonuna qədər bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov / Report/ Orkhan Azim

Bakı. 20 dekabr. REPORT.AZ/ "Azərbaycanda dekabr ayı üzrə pensiyaların ödənişi qrafikə uyğun olaraq aparılır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, pensiyaların verilməsi prosesi davam edir: "Artıq məcburi köçkünlərin və böyük şəhərlərin sakinlərinin pensiyaları ödənilib. Müavinətlərə gəlincə, dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açıldı, bu proses yekunlaşır".

S.Müslümov qeyd edib ki, ilin sonuna qədər bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi