Nazir: “Bu il Bakıda 3 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur”

Nazir: “Bu il Bakıda 3 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur” Bakı. 18 yanvar. REPORT.AZ/ Bu il Bakıda 3 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.
Sosial müdafiə
18 Yanvar , 2019 17:15
Nazir: “Bu il Bakıda 3 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur”

Bakı. 18 yanvar. REPORT.AZ/ "Bu il Bakıda 3 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk “DOST” mərkəzi istifadəyə veriləcək: "Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bununla da nazirliyin əhaliyə xidmətlərində tam yeni forma və məzmunda keyfiyyət mərhələsinə keçid təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi