"Ulu öndərin dövlətçilik fəlsəfəsinin əsasını əhalinin sosial rifahının yaxşılaşdırılması təşkil edirdi. Onun rəhbərliyi ilə şəhid ailələrinə, əllillərə və digər şəxslərə dövlət tətəfindən göstərilən müdafiə mexanizmləri formalaşmışdı".
"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri
O bildirib ki, 1993-cü ildən ölkədə pensiya və müavinətlər 8 dəfə artıb: "Bu onun göstəricisidir ki, Azərbaycanda sosial siyasət sahəsində xeyli islahatlar həyata keçirilib. Valyuta ehtiyatlarımız xeyli artıb. Beynəlxalq ictimaiyyət də Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirib. Azərbaycan dünyada yoxsulluğu 5 faizə endirən dünya üzrə 29-cu ölkədir".
Nazir qeyd edib ki, Azərbaycan əhalisinin sayının 10 milyona çatması böyük göstəricidir: "Azərbaycanda yeni doğulanların sayı dünyasını dəyişənlərin sayını 2 dəfə üstələyir. 2003-cü ildən əmək haqları 7 dəfə, pensiyalar 8 dəfə artıb. Əlbəttə, sosial islahatlar baxımından cari ilin ilk rübü yadda qaldı. Cənab Prezidentin ötən il verdiyi qərarlar qüvvəyə mindi. Azərbaycanda minimum pensiya yaşayış minimumunu üstələdi. Pensiyaların artırılması ölkəmizin MDB məkanında ilk ikinci yerdə qərarlaşmasına gətirib çıxardı".
S.Babayev vurğulaylb ki, artıq məcburi köçkünlərə verilən sosial təminatlar 50 faiz artırılıb: "Devalvasiyaların çətinlikləri ilə üzləşən vətəndaşların maliyyə problemlərinin aradan qaldırılması həyata keçirildi və bu, 800 min vətəndaşa şamil edildi. Azərbaycanda yanvarın 1-dən etibarən 10 min vətəndaşımıza tam elektron qaydada pensiya təynatı aparılıb. Cari ildə 36 min insan bir günün içində elektron qaydada pensiya təyinatı təqdim ediləcək. Bu il şəhid ailələrinə verilən ödəmələr uğurla həyata keçirilir. 12368 şəhid ailəsinə şamil edilib. Ümumilikdə, 70 faizə ödəmələr həyata keçirilib. Bu gün 8688 şəhidimizin 12685 vərəsəsinə ödənişlər həyata keçirilib".
S.Babayevin sözlərinə görə, bu il Azərbaycanda 35 mindən artıq vətəndaş dövlət tərəfindən yaradılmış ictimai işlərdə məşğulluğa cəlb olunub və onlara əmək kitabçaları açılıb: "