Yuxarı
    Bağlamaq

    Naxçıvanda Həmkarlar İttifaqı üzvlərinin sayı 70 mini ötüb

    Bu barədə sədr Sucaxan Novruzov deyib

    Bakı 25 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Republikasında Həmkarlar İttifaqı üzvlərinin sayı isə 70 mini ötüb.

    "Report" xəbər verir ki, bunu muxtar respublikanın Həmkarlar İttifaqları Şurasında 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda şuranın sədri Sucaxan Novruzov deyib.

    O bildirib ki, Naxçıvanda 2016-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 33 hüquqi və 2173 fiziki şəxsin dövlət qeydiyyatına alınması və 47 yerli istehsal və xidmət sahəsinin yaradılması nəticəsində muxtar respublika Həmkarlar İttifaqları Şurasının tabeliyində olan təşkilatların sıraları yeni yaranmış ilk həmkarlar təşkilatının hesabına genişlənərək 1564-ə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi