​Naxçıvanda yaşa görə pensiya alanların sayı azalıb

​Naxçıvanda yaşa görə pensiya alanların sayı azalıb Pensiyaçıların ümumi sayı 53 682 nəfərdir
Sosial müdafiə
1 Mart , 2016 13:50
​Naxçıvanda yaşa görə pensiya alanların sayı azalıb

Bakı. 1 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında 2015-ci ilin axırına olan pensiyaçıların sayı 53 682 nəfərdir.

"Report" muxtar respublikanın Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşa görə pensiya alanların sayı ötən ilin sonuna 31 068 nəfər olub. Əlilliyə görə pensiya alanların sayı 14 097, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə 8 517 nəfərdir.

Statistika göstərir ki, ötən il beş illə müqayisədə 2015-ci ildə yaşa görə pensiya alanların sayında azalma, digər kateqoriyalardan olanlarda isə artım müşahidə olunur. 2011-ci ildə yaşa görə pensiya alanların sayı 34 619, əlilliyə görə pensiya alanların sayı 13 707, ailə başçısının itirilməsinə görə pensiyaçıların sayı 6 110 nəfər olub.  

Son xəbərlər

Orphus sistemi