Naxçıvanda sosial xidmət göstərilən şəxslərin sayı açıqlanıb

Naxçıvanda sosial xidmət göstərilən şəxslərin sayı açıqlanıb Muxtar Respublikada 239 şəhid aliəsinə müavinət ödənilir
Sosial müdafiə
17 Oktyabr , 2016 11:48
Naxçıvanda sosial xidmət göstərilən şəxslərin sayı açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Hazırda Naxçıvan Muxtar Respublikasında sosial müdafiəyə ehtiyacı olan 16365 şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir.

"Report" xəbər verir ki, bu barədə Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ümumilikdə, müvafiq əhali qruplarına 37 növ aylıq və birdəfəlik müavinət, təqaüd və kompensasiya ödənilir. Sağlamlıq imkanları məhdud vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 7121 sağlamlıq imkanları məhdud şəxsə sosial müavinət, 239 şəhid ailəsinə, 1620 müharibə əlili və iştirakçısına, habelə I qrup ümumi səbəbdən əlillərə Prezident təqaüdü verilir. 

Son xəbərlər

Orphus sistemi