Naxçıvanda olan sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Naxçıvanda olan sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb 2016-2017-ci tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud 127 uşaq qeydə alınıb
Sosial müdafiə
1482
24 Yanvar , 2017 16:06
Naxçıvanda olan sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Bakı 24 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil yaşında olan 363 sağlamlıq imkanları məhdud uşaq var.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, 2016-cı ildə sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər təhsil müəssisələrinə, 16 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına, 8 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, nitq qüsuru olan 20 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsində tədrisə cəlb edilib: "Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və əqli inkişaflarını, habelə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün tədrisdə müasir təlim üsulları tətbiq edilib, təlim-tərbiyə üzrə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən kurslara 158 müəllim, metodist və tərbiyəçi cəlb edilib. 2016-2017-ci tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud 127 uşaq qeydə alınıb. Tədris ilinin əvvəlində mövcud potensialları nəzərə alınaraq müvafiq kateqoriyalı 88 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə cəlb edilib, müvafiq kateqoriyalı 273 uşaq məktəbli geyimi və məktəbli ləvazimatı ilə, həmçinin qış geyimi ilə təmin olunub. Ötən il muxtar respublikanın ümumtəhsil məktəblərində 942 sağlamlıq imkanları məhdud uşaq, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə isə 8 uşaq təhsil alıb". 

Son xəbərlər

Orphus sistemi