Naxçıvanda ötən ay pensiyaya çıxan vətəndaşların sayı açıqlanıb

Naxçıvanda ötən ay pensiyaya çıxan vətəndaşların sayı açıqlanıb Dövlət Sosial Müdafiə Fondu 1934 plastik kart hazırlanması üçün sifariş verilib
Sosial müdafiə
15 Dekabr , 2016 20:00
Naxçıvanda ötən ay pensiyaya çıxan vətəndaşların sayı açıqlanıb

Bakı 15 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında ötən ay pensiya hüququ yaranan 220 vətəndaşa əmək pensiyası təyin olunub.

"Report" Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 1934 plastik kart hazırlanması üçün sifariş verilib.

Noyabr ayında fond tərəfindən təqdim olunan 21 elektron xidmətin 16-dan istifadə olunub.  

Son xəbərlər

Orphus sistemi