Yuxarı

​Naxçıvanda müalicəsi təşkil edilən əlillərin sayı açıqlanıb

Bu günə kimi 226 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Naxçıvan Əlillərin Bərpa Mərkəzində bu ilin 6 ayında məhdud fiziki imkanlı 159 nəfərin müalicəsi təşkil olunub.

"Report" xəbər verir ki, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 176 uşağın müalicəsi təşkil edilib, həmçinin məhdud fiziki imkanlı 6 nəfər müalicə olunmaları üçün Türkiyə Respublikasına göndərilib.

Məhdud fiziki imkanlı 132 nəfərə respublikanın sanatoriya və pansionatlarına göndəriş verilib, 148 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub, 109 nəfərə səyyari protez-ortopedik xidmət göstərilib.

İndiyədək məhdud fiziki imkanlı 226 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi