Yuxarı

​Naxçıvanda işsiz statusu ilə müavinət alan yoxdur

2011-ci ildə 32 bu cür şəxs qeydə alınıb

Bakı. 11 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası üzrə son 4 ildə məşğulluq xidməti orqanlarında işsiz statusu ilə müavinət alan şəxs qeydə alınmayıb.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Naxçıvanda iqtisadi fəal əhali 231 min nəfər olub. İqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar da 231 min nəfər qeydə alınıb.

Muxtar respublikada 2011-ci ildən məşğulluq xidmətində rəsmi işsiz statusu alan şəxs qeydə alınmayıb. Həmin il rəsmi statusu olan və müavinət alan işsizlərin sayı 32 nəfər olub. Onlardan 4-ü kişi, 28-qadın olub.

Xatırladaq kİ, 2000-ci ildə bu cür şəxslərin sayı 5812 nəfər olub. Onlardan 2099 nəfəri kişi, 3713-ü qadındır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi