​Naxçıvandakı boşanma hallarının sayı açıqlanıb

​Naxçıvandakı boşanma hallarının sayı açıqlanıb Ötən il muxtar respublikada 334 boşanma faktı qeydə alınıb
Sosial müdafiə
23 Sentyabr , 2015 07:38
​Naxçıvandakı boşanma hallarının sayı açıqlanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında (NMR) ümumilikdə 2 min 767 nikah, 334 boşanma faktı qeydə alınıb.

"Report" NMR-nin Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ilə müqayisədə nikahların sayında azalma olsa da, boşanma halları artıb.

Belə ki, 2013-cü ildə NMR-da 3 min 512 nikah, 314 boşanma qeydə alınıb. 2012-ci ildə qeydə alınan 3 min 458 nikahdan 324-ü boşanma ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi