Bakı. 20 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
"Report" verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Naxçıvan MR-in əhalisi ötən ilin müvafiq dövrünə nisbətdə 4 min 134 nəfər artıb. 2015-ci ilin sentyabrın 1-də olan məlumata görə, MR-in əhalisinin sayı 442 min 722 nəfərə çatıb.
Qeyd edək ki, 2014-cü ildə Muxtar Respublikanın əhalisinin sayı 435 min 367 nəfər olub. Ümumilikdə doğulanların sayı 9763, ölənlərin sayı 2001 nəfər təşkil edib. Təbii artım 7762 nəfər olub.
Ötən il Naxçıvan MR-də doğulanların 3536-sı oğlan, 3087-si qız olub. Təbii artım kişilər arasında 2592, qadınlarda 2173 nəfər təşkil edib. Belə ki, Muxtar Respublikada doğulan oğlanların sayı qızlardan 419 nəfər çox olub.