Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvan əhalisinin sayı açıqlandı “Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda və aparılan quruculuq işlərində gənclərin mənzillə təminatı xüsusi yer tutur”.
Sosial müdafiə
2928
31 Dekabr , 2020 00:20
Naxçıvan əhalisinin sayı açıqlandı

“Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda və aparılan quruculuq işlərində gənclərin mənzillə təminatı xüsusi yer tutur”.

“Report”un məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

Onun sözlərinə görə, yeni yaşayış kompleksləri və binaların inşası ilə yanaşı, səmərəli ipoteka siyasəti də həyata keçirilir:

“2020-ci ildə muxtar respublikada bu məsələ diqqətdə saxlanılıb, ümumilikdə 114 ailəyə 3 milyon 450 min manatdan artıq ipoteka krediti verilib. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məskunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 462 min nəfərə yaxın olub”.

Son xəbərlər

Orphus sistemi