Yuxarı

Naxçıvan əhalisinin sayı 450 min nəfəri ötüb

Naxçıvan əhalisinin sayı 450 min nəfəri ötüb
Bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub

Bakı. 7 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 450 min nəfəri ötüb.

"Report" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub.

Məlumata görə, son illər əhali artımında miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynayıb. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4 min 200 nəfər artaraq 1 iyun tarixə 450 min 400 nəfəri ötüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi