Yuxarı

​Naxçıvan Ədliyyə Nazirliyi boş iş yerləri üçün müsabiqə elan edib

Sənədlər avqustun 10-dan sentyabrın 10-dək qəbul olunacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi nazirliyin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 13 ştat vahidi üzrə müsabiqə elan edib.

"Report"un xəbərinə görə, müsabiqəyə qatılmaq istəyənlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. İcra məmuru vəzifələrinə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilən, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilən, tibbi rəyə əsasən, fiziki və ya əqli qüsurlarına görə icra məmuru işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməyən (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hü- quq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər icra məmuru vəzifəsinə işə qəbul edilmirlər.

Sənədlər Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 9-da yerləşən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında avqust ayının 10-dan sentyabr ayının 10-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək qəbul olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi