​Nardaranın daha bir küçəsində yenidənqurma işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınmasına başlanılıb

​Nardaranın daha bir küçəsində yenidənqurma işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınmasına başlanılıb Küçənin eni 16 metrə çatdırılacaq
Sosial müdafiə
22 Yanvar , 2016 16:29
​Nardaranın daha bir küçəsində yenidənqurma işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınmasına başlanılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Nəsrullah Əsgərov küçəsində yenidənqurma işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınmasına başlanılıb.

Bu barədə "Report"a "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

A.Nəcəflinin sözlərinə görə, aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı N.Əsgərov küçəsi mövcud ortalama (6 metr) enindən genişləndirilərək 16 metrə çatdırılacaq.

O, qəsəbənin Abşeron küçəsində sökülən obyektlərə görə kompensasiya verilməsinin davam etdiyini də bildirib: "Hazırda 11 nəfərə kompensasiya verilib. 51 obyekt sahibinin də sənədləri hazırlanır, yaxın günlərdə onlara da kompensasiya veriləcək".

Qeyd edək ki, Nardaran qəsəbəsinin Abşeron küçəsində siyahıyaalınmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Hazırda qeydə alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

Son xəbərlər

Orphus sistemi