​Nardaranda sökülən obyektlərə görə 11 nəfərə kompensasiya verilib

​Nardaranda sökülən obyektlərə görə 11 nəfərə kompensasiya verilib Sökülən 51 obyektin də sənədləri hazırlanır, yaxın vaxtlarda onlara kompensasiya ödəniləcək
Sosial müdafiə
12 Yanvar , 2016 17:14
​Nardaranda sökülən obyektlərə görə 11 nəfərə kompensasiya verilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompensasiya verilib.

Bu barədə "Report"a "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O deyib ki, sökülən 51 obyektin də sənədləri hazırlanır, yaxın vaxtlarda onlara kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək".

Qeyd edək ki, Abşeron küçəsində siyahıyaalınmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Hazırda qeydə alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

Son xəbərlər

Orphus sistemi