Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.