Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaş qəbulu keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaş qəbulu keçirəcək Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aprelin 19-da Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.
Sosial müdafiə
9 Aprel , 2019 12:20
Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaş qəbulu keçirəcək
Muxtar Babayev

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aprelin 19-da Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a) keçiriləcək. 

Qəbulda Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının vətəndaşları iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi