Müharibə əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib

Müharibə əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib Nazirlik son bir ayda 110-dan çox müharibə əlili və şəhid ailəsini mənzillə təmin edib
Sosial müdafiə
6 Noyabr , 2015 16:17
Müharibə əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Zərdab və Goranboy rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün tikilən evlər istifadəyə verilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, evlərdən 4-ü Zərdab, 11-i isə Goranboy rayonunda yaşayan müharibə əlillərinə və şəhid ailələrinə təqdim olunub.  

Məlumata əsasən, fərdi yaşayış evlərinin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov, əlil ictimai birliklərinin, həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycanın bölgələrində inşası başa çatmış 56 ev, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil istifadəyə verilməklə, ümumilikdə, 112 müharibə əlili və şəhid ailəsi yeni mənzillərlə təmin ediliblər. Bu mənzillərdə hər bir ailənin normal yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb. Ölkənin bölgələrində fərdi evlərin inşası və hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilməklə Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında bu təbəqələrdən olan insanlar üçün çoxmənzilli yaşayış binaları da tikilir.

Son xəbərlər

Orphus sistemi