Mübariz Qurbanlı: "Din məişət zorakılığına qarşı çıxır"

Mübariz Qurbanlı: "Din məişət zorakılığına qarşı çıxır" "Əminəm ki, gender tolerantlığı dünyada tam bərqərar olacaq"
Sosial müdafiə
13 Noyabr , 2015 12:05
Mübariz Qurbanlı: Din məişət zorakılığına qarşı çıxır

Bakı. 13 noyabr. REPORT.AZ/ “Məişət zorakılığını yaradan səbəblər arasında sosial, iqtisadi, millətin, xalqın keçdiyi tarixi yol olsa da, bunların heç biri əsas deyil. Çünki bütün bu kimi səbəblərə kompleks yanaşmaq lazımdır”. “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Məişət zorakılığının qarşısının alınması” üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, xalqların adət-ənənəsi məişət zorakılığını yaradan səbəblərdə əsas rol oynayır: “Səmavi və lokal dillər hamısı buna pis yanaşır. Onlar məişət zorakılığını qəbul etmirlər. Din də məişət zorakılığına qarşı çıxır. Hətta islam dinində bu var. Qurani-kərimdə bu qeyd olunub”.
M.Qurbanlı onu da qeyd edib ki, Azərbaycanda məişət zorakılığının kökü demək olar ki, yoxdur: “Qadın cəmiyyətdə və ailədə yüksək səviyyədə tutulub. Təsadüfi deyil ki, bizdə qadınlara “xanım” deyilir. Azərbaycanda dövlət idarəçiliyi səviyyəsində qadın və kişi bərabərliyi bir tutulur. Eyni zamanda, ölkədə məişət zorakılığının elementləri çox az qalır. Statistikaya baxılsa, ölkəmiz elə yerdədir ki, nə aşağıda, nə də yuxarı sıralarda qərarlaşıb. Çünki bizim ailədə qadınların yeri tamam başqadır. Müasir dövlətlərdə qadınlara nisbətən kişiləri qorumağa başlayıblar. Əminəm ki, gender tolerantlığı dünyada tam bərqərar olacaq”.

Son xəbərlər

Orphus sistemi