Bakıda “Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfrans keçirilir

Bakıda “Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfrans keçirilir Çıxışçılar ailə dəyərlərinin qorunub saxlanılmasında Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndiriblər
Sosial müdafiə
6 Fevral , 2015 11:20
Bakıda “Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfrans keçirilir

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na əsasən növbəti konfransı keçirilir. “Report” xəbər verir ki, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin sədr müavini Bahar Muradova, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadova, dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin tanınmış nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak edir.

“Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və s. bu kimi aktual mövzular ətrafında müzakirələr aparılır.

Çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılmasında Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndiriblər.

Son xəbərlər

Orphus sistemi