Mingəçevirdə "Yaşıl Məktəb" layihəsi davam edir

Mingəçevirdə "Yaşıl Məktəb" layihəsi davam edir Hazırda müvafiq işçi qruplar Mingəçevir şəhəri üzrə hədəf məktəblərdə ekoloji divar qəzetlərinin hazırlanması həyata keçirir
Sosial müdafiə
2 İyul , 2015 16:40
Mingəçevirdə Yaşıl Məktəb layihəsi davam edir

Bakı. 2 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Yaşıl məktəb" layihəsini Mingəçevirdə davam etdirir. Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Regionlarda məktəblilərin yay tətilinin səmərəli təşkili, habelə ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alanların rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Mingəçevir şəhəri ilə yanaşı, Gəncə və Ağcabədidə icra olunur.

Layihənin ilkin mərhələsində adları çəkilən regionların orta məktəblərində ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlim proqramı təşkil olunub, məktəblilərdən ibarət işçi qruplar formalaşdırılıb. Yeni mərhələdə isə hər bir regionun 10 məktəbində məktəblilərin iştirakı ilə ekoloji aksiyaların keçirilməsinə, iməcliklərin təşkil olunmasına və digər tədbirlərin keçirilməsinə başlanılıb.

Mingəçevir şəhərində məktəblilərin ekoloji təfəkkürünü artırmaq və cəmiyyətə ekologiyanın qorunması üçün konkret mesajlar vermək məqsədilə açıq havada rəsm müsabiqələri, təlimlər və digər praktik tədbirlər keçirilib.

Müvafiq işçi qruplar Mingəçevir şəhəri üzrə hədəf məktəblərdə ekoloji divar qəzetləri hazırlayırlayırlar. Yeni tədris ilinin başlanğıcından bu qəzetlər məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Bunun üçün ekoloji divar qəzetləri məktəblərin həyətlərində və binanın daxilində asılacaq.

Son xəbərlər

Orphus sistemi