Yuxarı

Mingəçevirdə əmək yarmarkası keçiriləcək

Yarmarkada dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri vətəndaşlara təklif olunacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhərində əmək yarmarkası keçirəcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, əmək yarmarkası noyabrın 6-da olacaq. Yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 54 əmək yarmarkası təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi