Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO

Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO Bayram ərəfəsində silsilə tədbirlər keçirilib
Sosial müdafiə
30 Dekabr , 2017 14:40
Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO
Report

Mingəçevir. 30 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  bayramı ərəfəsində silsilə tədbirlər keçirilib.

"Report"un Şirvan bürosunun məlumatına görə, şəhərdə yerləşən və qısa müddət ərzində fəaliyyətə başlayan “Gənclər Evi” sosial xidmət ilk dəfə şəhər gəncləri üçün bayram münasibəti ilə tədbir düzənləyib.

Tədbirdə çıxış edən müəssisənin direktoru Tural Kərimov iştirakçıları bayram münasibəti ilə təbrik edib və dövlətin uğurlu gənclər siyasətindən danışaraq qarşıda duran yeni vəzifələrin icrasında gənclərə uğurlar diləyib.Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və gənclər təşkilatlarının fəalları çxışıb edib. Bildirilib ki, Mingəçevir gəncləri il ərzində bir çox naliyyətlər əldə edib, o cümlədən şəhərin Uşaq Gənclər İdman Məktəbi Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən nümunəvi idman məktəbi nominasiyasına layiq görülüb.

Növbəti böyük bayram tədbiri 2000-dən çox tələbənin təhsil aldığı Mingəçevir Turizm Kolleci tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən Kollecin direktoru Əyyub Əyyubov kollektivi bayram münasibəti ilə təbrik edərək bildirib ki, vaxtilə dünya azərbaycanlılarının həmrəyliyi naminə ulu öndər Heydər Əliyevin böyük siyasi xidmətləri olub. O, ölkədə mövcud olan dayanıqlı sabitliyin və inkişafın pedaqoji sahədə yaradıcı perspektivlərə zəmin yaratdığını vurğulayıb. Ə.Əyyubov qeyd edib ki, 2017-ci il Kollec üçün  tədris, mədəni-kütləvi tədbirlərin təşkili, beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndirilməsi baxımından bir sıra uğurlarla yadda qalılb: "2017-ci ildə Kollecdə təhsilini başa vuran 600-dən artıq ixtisaslı kadr istehsalata yola salınıb, 700 gənc Kollecin tələbəsi adını qazanıb, kollektiv 50 böyük konfransa və çox sayda mədəni-kütləvi tədbirə ev sahibliyi edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü  və Yeni il münasibəti ilə daha bir tədbir Mingəçevir Şəhər Bələdiyyəsində keçirilib. Bələdiyyə sədri Coşqun Abdullayev seçicilərə daha səmərəli xidmət göstərmək üçün qarşıdan gələn 2018-ci ildə mövcud imkanlardan maksimum səviyyədə istifadə edəcəklərini bildirib. Tədbirdə bələdiyyə vergilərinin toplanması işinin təşkilində əldə etdiyi yüksək nəticələrə görə fərqlənən Bələdiyyə İdarəsinin əməkdaşlarına Fəxri fərman və qiymətli hədiyyələr verilib.  

Mingəçevir Mərkəzi Xəstəxanası publik hüquqi müəssisəsinin kollektivi isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını  Uşaq Nevroloji Sanatoriyasının qayğıya ehtiyacı olan balaca sakinləri arasında qeyd edib. Xəstəxana Həmkarlar Şurasının təşəbbüsü ilə bayram süfrəsi arxasında uşaqlara unudulmaz anlar yaşadıb. Canlı musiqi, Yeni ilin rəmzləri olan Şaxta baba və Qar qızın uşaqlarla şən zarafatları, coşqulu rəqslər tədbirdə xoş ovqat qatıb.

Mərkəzi Xəstəxananın Baş həkim İlham Mayılov, müəssisə Həmkarlar Şurasının sədri Allahverdi Alıyev təbrik nitqi söyləyərək kollektiv üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edib. 

Sonda sanatoriyanın balaca sakinlərinə bayram hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi