Mingəçevir “ASAN Həyat” kompleksi vətəndaş müraciətlərini qəbul edir

Mingəçevir “ASAN Həyat” kompleksi vətəndaş müraciətlərini qəbul edir Mingəçevir. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Mingəçevir “ASAN Həyat” kompleksində mediatur təşkil edib.
Sosial müdafiə
13 Mart , 2018 17:16
Mingəçevir “ASAN Həyat” kompleksi vətəndaş müraciətlərini qəbul edir
Report

Mingəçevir. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Mingəçevir “ASAN Həyat” kompleksində mediatur təşkil edib.

“Report”un Şirvan bürosu xəbər verir ki, kompleksə fəaliyyətə başladığı iki gün ərzində 1000-dən çox vətəndaş müraciət edib. 

Belə ki, martın 12-dən etibarən fəaliyyətə başlayan Mingəçevir “ASAN Həyat” kompleksi açılış günü 600, bu gün günorta saatlarınadək isə 400-dən çox vətəndaş müraciəti qəbul edib. 

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov jurnalistlərə açıqlamasında Mingəçevir “ASAN Həyat” kompleksinin perspektivlərindən danışıb: "Bu mərkəz Mingəçevirlə yanaşı,  Yevlax və Ağdaş rayonundan olan 340 mindən artıq vətəndaşa xidmət edəcək. Mərkəzdə Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müsafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daxil olduğu 10 nazirlik, komitə və idarə üzrə 32 növ xidmət göstərilir. Eyni zamanda 68 funksioal yardımçı xidmət sahələri (bank,sığorta,tərcümə xidməti və sairə) təşkil edilib. 154 rəsmi əməkdaş və 45 könüllüdən ibarət kollektiv vətəndaş müraciətlərinin ən asan, rahat və çevik həlli istiqamətində nümunəvi xidmət göstərməyə çalışacaq”.

Onun sözlərinə görə, mərkəzin nəzdində kinoteatr, “ASAN peşə”, Teras kafe bölmələri və istirahət zolağı da yaradılıb: “ASAN peşə” kadr hazırlığı sayəsində ciddi uğurlara yol açacaq. Bu, bizim Təhsil Nazirliyi ilə birgə layihəmiz olaraq gerçəkləşəcək. Hədəfimiz kadr hazırlığı sayəsində yeniliklərin tətbiqi ilə əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Mərkəzdə 4 istiqamət üzrə peşə hazırlığı həyata keçiriləcək. Elektrik, mexanika, santexnika və tikiş ixtisasları üzrə kadr hazırlığı prosesində ən müasir metod və texnologiyalar tətbiq olunaraq bacarıqlı mütəxəssislərin iştirakından istifadə olunacaq”.

Daha sonra mərkəzin əməkdaşları və vətəndaşlar yeni xidmət sahəsi ilə bağlı fikirlərini paylaşaraq arzularını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi