Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb Şəhidin ailəsi və məzarı ziyarət edilib
Sosial müdafiə
7 Fevral , 2017 17:32
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anma mərasimi keçirilib. 

"Report"un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hərbi qulluqçular Mübariz İbrahimovun məzarını ziyarət edirək önünə gül dəstələri qoyublar.

Tədbirdə Milli Qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq bir ad-san qoyub gedib.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbirin sonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.

Son xəbərlər

Orphus sistemi