Milli Preventiv Qrup 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib

Milli Preventiv Qrup 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib Bakı. 23 noyabr. REPORT.AZ/ Milli Preventiv Qrup (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib.
Sosial müdafiə
23 Noyabr , 2018 17:53
Milli Preventiv Qrup 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Milli Preventiv Qrup (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş  çəkib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”, Ruhi xəstələrin saxlanılma şəraitinə və onlara qarşı rəftara dair Avropa Minimum Standartları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında” Qanunun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və korpuslarına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Başçəkmə zamanı barələrində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər seçilmiş pasiyentlərin bir neçə palatasında sıxlığın olduğu müşahidə edilib.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində əvvəlki tövsiyələri də nəzərə alınmaqla müəssisədə istilik sisteminin işlədiyi, temperaturun və şöbələrdə şəraitin qənaətbəxş olduğu müşahidə olunub.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisənin müvafiq şöbələrində pasiyentlər konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılıb, habelə onların tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib. Fərdi qəbul zamanı pasiyentlər barələrində verilən rəylərdən və məhkəmə icraatından şikayətlənib, qaldırdıqları məsələlərlə bağlı hər birinə hüquqi məsləhətlər verilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsiplərinə”, Ruhi xəstələrin saxlanılma şəraitinə və onlara qarşı rəftara dair Avropa Minimum Standartlarına müvafiq şəkildə saxlanılma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı bəzi çatışmazlıqların, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi